SİZİN REKLAM BURADA!
055 213 76 73




Gənc yazar Kamran Su (Kamran Rüstəmov) vəfat edib.

BAKU.WS
 xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb.

Dostları gənc yazarın ürək problemi olduğunu, infarktdan öldüyünü yazıblar.

27 yaşlı Kamran yeni ailə qurmuşdu.


Son illər Tiflisdə yaşayırdı. Gürcüstana köçənə qədər Bakıda müxtəlif xəbər portallarında mədəniyyətdən, əsasən kinodan yazırdı.

Fərqli düşüncəyə sahib Kamran Su yazılarını şəxsi bloqunda paylaşırdı. 

Aysel
BAKU.WS