VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Dalan" filminin rəsmi treyleri yayımlanıb. 


BAKU.WS xəbər verir ki, treylerdə diqqət çəkən məqamlardan biri aktrisa Sevinc Əliyeva ilə aktyor Ziya Ağanın intim səhnəsi olub.  

Filmdəki hadisələr bir-birilərinə tanış olan iki fərqli ailədə cərəyan edir.  Bu fərdlər kənardan xoşbəxt görünsələr də, diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhrəmanları “Dalan”a gətirib çıxarır.

Filmin quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Səbinə Əhmədlidir. 

"Dalan" aprelin 4-dən etibarən "Park Cinema" kinoteatrlar şəbəkəsində nümayiş etdiriləcək. 

Filmin informasiya dəstəkçisi BAKU.WS saytıdır. 

BAKU.WS