SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb. 

Hadisə nəticəsində 30-dan çox sərnişin yaralanıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən avtobus əvvəlcə 
"Toyota Prado" markalı avtomobilə, daha sonra idarəetməni itirərək binaya çırpılıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

BAKU.WS