SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət Gömrük Komitəsi (DGK) sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin idxalatçıların təqdim etdiyi invoys qiymətləri nəzərə alınmadan "gömrük orqanları tərəfindən tələb edilən" rəqəmlərlə rəsmiləşdirilməsinə eyham vuran və həqiqətə uyğun olmayan məlumatlara aydınlıq gətirib.

BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2018-ci ildə ölkəyə idxal olunan və 1 kiloqramının gömrük dəyəri 17,7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur.

Məlumatda deyilir ki, üstəlik bir il ərzində bəhs edilən növ quzu ətinin idxaldakı payı miqdar baxımından 350 kq, dəyəri isə 6 180 dollar təşkil edib ki, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək belə gülüncdür: “Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir”.

DGK bir daha xatırladır ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə aparılır.

BAKU.WS