SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda qar yağıb. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi də gücləndirilmiş iş rejiminə keçib.

Avtosfer.az xəbər verir ki, səhər saatlarında yollarda hərəkət edən avtomobillərin bəzilərində problemlər yaranıb. Oxuculardan biri paytaxtın Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində çəkdiyi videonu göndərib.

Görüntülərdə "Mercedes" markalı avtomobilin nasaz vəziyyətdə olması və yol polislərinin sürücüyə kömək etdiyi əks olunub. Onlar avtomobili itələyərək təhlükəsiz əraziyə çəkir və daha sonra problemi aradan qaldırmaq üçün sürücüyə yardım edirlər.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS