VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


''Azərbaycanda hər gün bazarlarda monitorinq aparılır və süni qiymət artımına qarşı mübarizə tədbirləri görülür''.

BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir, hazırda hər hansı süni artımın müşahidə edilmədiyini və bunun olmaması üçün sahibkarlarla görüşlərin keçirildiyini bildirib.

Şahin Mustafayev hazırda kiçik paya sahib məhsulların qiymətinin də bazar prinsipi ilə tənzimləndiyini və bu qiymətlərin nəzarətdə saxlanıldığını bildirib.

Nazir, çörəyin qiymətindən danışarkən isə deyib ki, Azərbaycana buğda idxal edilən ölkələrdə bu məhsulun qiyməti artsa da, ölkəmizdə çörəyin qiymətində hər hansı artım gözlənilmir.

Nazir bazarda süni qiymət artımının olacağı təqdirdə hökumət tərəfindən əlavə tədbirlərin görüləcəyini vurğulayıb.

BAKU.WS