SİZİN REKLAM BURADA!
055 213 76 73



“AFB Bank”ın əsas səhmdarı olan “Gilan” MMC payını satdığı bildirilir.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə maliyyə bazarındakı mənbə bildirib.

Məlumata görə, səhmdarın dəyişməsi Bankın fəaliyyətinə heç bir təsir göstərməyəcək, əksinə, bazara müasir yeniliklər gətirəcək.

Bu işlər çərçivəsində “AFB Bank”ın adının dəyişdiriləcəyi (Bankın rebrendinq edəcəyi) gözlənilir.

“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.

BAKU.WS