VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qüsursuz dəri, parlaq saçlar, incə bədən quruluşu...


Hər birimiz bilirik ki, bir çox məşhurlar şəkillərini sosial şəbəkə hesablarına yükləməmişdən əvvəl onlara yaxşıca "əl gəzdirirlər". De gəl ki, tanınmışların qüsursuz görünmək sevdası bəzən onların başına bəla olur.

BAKU.WS fotoşopdan istifadə etməsi üzə çıxan məşhurların siyahısını sizə təqdim edir:

1. Xalq artisti Nazpəri Dostəliyeva

Müğənninin yeni şəkilləri də fotoşoplu halı ilə diqqət çəkib. Sənətçi fotolarına müxtəlif effeklər verib. Dostəliyevanın sosial şəbəkədə səhifələrdə yayımlanan şəklinə izləyiciləri tənqid yazıblar. Onlar ifaçının şəkillərinə çox fotoşop etməsini qınayıblar.



2. Müğənni Aysun İsmayılova

Müğənni Aysun İsmayılovanın dj Roşka ilə olan fotoları lağa qoyulub. Belə ki, Aysun belini incəltməyə çalışıldığı şəkildə kənarda olan dekor da əyilib.



3. Əməkdar artist Elza Seyidcahan

Müğənni şəkillərində proqramla həm boyunu uzadıb, həm də bədənini arıqladıb. İfaçı hətta fotoda istifadə etdiyi proqramın adını silməyi də unudub.



4. Müğənni Şəbnəm Tovuzlu

Sənətçi bir çox tədbirlərdə fotoqraflar tərəfindən görüntülənib. Amma nədənsə ifaçı özünün paylaşdığı şəkillərdə daha arıq görünür. Fotoqrafların lentə aldığı şəkillərdə isə sənətçinin xeyli artıq çəkisinin olduğu diqqətdən qaçmır.


5. Müğənni Aygün Mahmudova

Aygünün fotoqrafların çəkdiyi şəkillərlə "Instagram"a yüklədiyi şəkillər arasında böyük fərq var. Aygün şəkildə realdakından qat-qat arıq görünür.


6. Rəqqasə Fatimə Fətəliyeva

İzləyicilər Fatimənin də fotolarda fotoşopdan çox istifadə etdiyini yazırlar.  


7. Müğənni Nazənin Salayeva

Nazənin də həddindən artıq fotoşopdan istifadə edənlərdəndir. İzləyiciləri onu tez-tez bu addımına görə qınayırlar.



8. Əməkdar artist Manana Caparidze

Manananın şəklini fotoşop etməsi izləyicilərinin diqqətindən qaçmayıb. Müğənninin fotosuna "Çox gözəlsiniz, amma fotoşopu çox etmisiniz" kimi şərhlər yazılıb.



9. Əməkdar artist Könül Kərimova

Bir çoxları sənətçinin üzündə plastik əməliyyat etdirdiyini yazıb, bəziləri isə onun şəkillərinin fotoşop olduğunu bildirib.


10. Rəqqasə Oksana Rəsulova

Hamiləlik ərəfəsində 30 kiloqram çəki alan aktrisa fotoşoplu şəklini "Instagram" paylaşıb. Oksananın şəxsi səhifəsində həddən artıq incə görünməsi hər kəsi təəccübləndirib. 



Hüseyn Məmmədsalahov
BAKU.WS