VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fevralın 8-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində əvvəlcə Azərbaycan-Rusiya dövlət sərhədində "Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriləcək. Bu layihələr Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq.

Fevralın 9-da isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq.

BAKU.WS