VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni təyinatlar olub.

BAKU.WS-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı sosoail şəbəkədə məlumat yayıb.

Məlumata əsasən, nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev təyin edilib.

ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı isə Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə təyinat alıb.

BAKU.WS