SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində avtobus qəzası baş verib.


Qəza ilə bağlı BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev BAKU.WS-ə məlumat verib ki, 551 saylı marşrut xətti üzrə hərəkətdə olan “Saz NP37” markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxmış və yol kənarında dayanmış “DAF” markalı yük avtomobilinə dəyib.

Polis polkovnik-leytenantı onu da qeyd edib ki Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS