SİZİN REKLAM BURADA!
055 213 76 73



Uzun müddətdir Ukraynada yaşayan aparıcı İdris Cəfərov yenidən efirə qayıdır. O, ARB TV-də aparıcılıq edəcək.


BAKU.WS-ə açıqlama verən aparıcı yeni "Əmicanı" adlı layihəsi haqda bunları deyib:

"Veriliş fevralın 16-dan etibarən hər həftənin şənbə günü axşam saat 23:00-da yayımlanacaq. Azərbaycanda belə bir layihə hələ olmayıb. Belə ki, mən Ukraynadan qayıdıram, Bakıda ev kirayələyirəm və hər şey evimdə baş verir. Gündəlik həyatımızda yaşadıqlarımızı kiçik tamaşalarla izləyicilərə çatdıracağıq".

Qeyd edək ki, layihənin ideya müəllifi İdris Cəfərovdur.



Bundan əlavə, İ. Cəfərov Ukraynada fəaliyyət göstərən "Jafarov Creative" prodakşnın və dünya ulduzlarının Azərbaycana dəvəti ilə məşğul olan "All events" şirkətinin rəhbəridir.

Xatırladaq ki, İ. Cəfərov 2001-2013 illərdə "Space" telekanalında çalışıb. O, tamaşaçılara "Çardaq", "Mədəniyyət saatı", "Abituriyent", "Mən də varam", "Bazar" və s. verilişlərdən tanışdır.

Hüseyn Məmmədsalahov
BAKU.WS