SİZİN REKLAM BURADA!
055 213 76 73



Nardaranda polis əməliyyat keçirib.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, əməliyyat daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

BAKU.WS