VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Öz işçi qrupu ilə birlikdə Ermənistanda səfərdə olan "Turan" informasiya agentliyinin redaktoru Şahin Hacıyev Yerevanda "erməni soyqırımı qurbanları"nın abidəsini ziyarət edib.

BAKU.WS
 xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan "Facebook" səhifəsində Yerevanda olan Şahin Hacıyevə müraciət edərək ona müsahibə verdiyini açıqlayıb. Azərbaycan jurnalisti ilə şəklini paylaşan Poqosyan deyib ki, Hacıyev ona söz verib ki, müsahibəni hazırlayarkən fikirlərini təhrif etməyəcək.

Qeyd edək ki, Şahin Hacıyevin Ermənistana səfəri Azərbaycanın və Ermənistanın müvafiq orqanlarının razılığı ilə baş tutub. Səfərin məqsədi sırf peşəkar xarakter daşıyır. Jurnalist bu ölkədən reportaj və müsahibə hazırlayıb. Yaxın günlərdə dərc ediləcək video və yazılı reportajların mövzusu Qarabağ münaqişəsinin tənzimlənməsi, regiondakı vəziyyət olacaq.

Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşayiət edən şəxslərə - Gürcüstan və Rusiya vətəndaşlarına jurnalist akkreditasiyası verib.

Yerevanda olduğu müddətdə “Turan”ın redaktoru siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib.

Bu məlumatı şərh edərkən Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan bildirib ki, bu səfər sırf peşəkar xarakter daşıyır və nazirlik üçün təbiidir, belə ki. qurum hər gün xarici jurnalistlərdən onlarla belə sorğu qəbul edir.

“Onun tərəfindən XİN-ə akkreditasiya və Ermənistanda jurnalist fəaliyyətinin həyata keçirilməsi üçün sorğu göndərilmişdi. Bütün prosedurları keçdikdən sonra xahişi təmin edilib və o, bir qrup jurnalisti ilə birlikdə Ermənistana gəlib”, - Anna Nağdalyan qeyd edib.

Zülfiyyə Qurbanova
BAKU.WS