SİZİN REKLAM BURADA!
055 213 76 73



Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb.


Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, axşam saatlarında bölgələrdə 6 təcili tibbi yardım briqadası işləyib.

“Dünən axşamdan bu günə qədər təcili yardıma 30 müraciət olub. 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub.

Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib.

Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb.

Bir nəfərin həyacandan beyninə qan sızıb. 58 yaşı var reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymatləndirilir”.

Qeyd edək ki, ötən gecə Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanlar Bakıda da hiss edilib.

Daha ətraflı “SON DƏQİQƏ: Yenidən zəlzələ oldu” adlı xəbərdan məlumat ala bilərsiz.

Ziya SƏCCAD
BAKU.WS