SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili işlər naziri Ramil Usubov daha bir kadr təyinatı həyata keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad olunub.

O.Süleymanlı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin edilib. Polkovnik bu gün şəxsi heyətə təqdim olunub.

Bu post ötən ilin iyul ayından sonra boş qalıb. Ondan öncə isə bu vəzifədə “Gəncə hadisələri” zamanı şəhid olan İlqar Balakişiyev xidmət aparırdı.

BAKU.WS