SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xətai rayonunda yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə mağaza sahibi Rufin Orucov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, hadisə Babək prospektindəki Maşın bazarı adlanan ərazidə yerləşən avtomobil ehtiyat hissələrinin satıldığı dükanda qeydə alınıb.

“Mazaya girən iki nəfər diqqətsizlikdən istifadə edərk kassanın yanında qoyulan pul kisəsini götürüblər. Onun içində şəxsiyyət vəsiqəm, 145 manat pul və bank kartları olub”, - deyə Rufin Orucov bildirib.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinə müraciət edilib. Hazırda həmin hadisə ilə bağlı araşdırma gedir.

Ziya SƏCCCAD
BAKU.WS