SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Mehriban Xanlarova kişilərə müraciət ünvanlayıb.

BAKU.WS 
xəbər verir ki, əməkdar artist "İnstagram" paylaşımında zərif cinsin nümayəndələri barədə artıq-əskik danışan güclü cinsin nümayəndələrinə belə bir nəsihət verib:  

"Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün o qızı mövzu olaraq istifadə edib, artıq-əskik söhbətlər etməyin. Ola bilsin, o qız sənin yaxının deyil, ola bilsin sənin dostlarından kiminsə bacısı deyil, amma hansısa yaxşı oğlanın bacısı ola bilər. Ən əsası isə o qızdan sənin də evində var. Evində yoxdursa, dayıngildə var, dayıngildə yoxdursa əmingildə var, əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var. Buna görə də, hansısa qızın haqqında artıq-əskik danışmadan bunları düşünün"!

BAKU.WS