VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, yol qəzası axşam saatlarında Maştağa qəsəbəsində qeydə alınıb.

“Mercedes” markalı, 90 SL 742 nömrə nişanlı avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Sürücü isə maşında sıxılıb. Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sürücü maşından çıxarılıb.

Hadisənin görüntülərini təqdim edirik.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS