SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Xatun Əliyeva "ATV maqazin 10larla" verilişinin "3 dəqiqə" rubrikasında qonaq olub.


BAKU.WS xəbər verir ki, o, aparıcı Ruslan Ağayevin 3 dəqiqə ərzində 33 sualına cavab verməyə çalışıb.

Ruslanın "Hansı müğənniyə efirə çıxmağa qadağa qoyardın" sualını Xatun belə cavablandırıb:

"Elnarə. Qadağa qoy, otursun evdə uşaqlarına baxsın".

Müğənni Elnarə Xəlilovanın isə ifaçıya cavabı gecikməyib. O, "Instagram" hesabında bunları yazıb: 

"Allahım, sənə çox şükür! Mənə həyatda verdiyin hər şeyə görə təşəkkür! Nə yaxşı ki, məni hər zaman doğru yola yönəltmisən və yaxşı insanların əhatəsində etmisən. Nə yaxşı ki, bir qadının arzu edə biləcəyi hər şeyi mənə bu həyatda vermisən. Bəziləri bundan axirətədək həqiqətən məhrumdur və mənim əslində onlara çox yazığım gəlir. Buna görə də hərtərəfli zavallı və əzik olmaq bu cür insanları həmişə paxıllıq etməyə sövq edir.

Allahım, bizi hərdaim şeytanın şərindən qoru! Mərdimazarı yolumuzun üstündən uzaq tut! Allahım, bizi hər zaman doğru yola yönəlt və bu yoldan çıxmağa izn vermə. Allahım, bizə verdiyin xoşbəxtliyin zərrəsindən onlara da ver qoy gözləri doysun. Pis nəfslərini üzərimizdən çək. Başlarını özlərinə elə qat ki, heç biz yadlarına düşməyək. Allahım, sən böyüksən, rəhmlisən. Onların günahlarını bağışla. Hər kəsə ürəyinə gör və verirsən də, çox şükür! Fatimə, Natavan qızlar, istəyirəm biləsiniz ki, sizi çox sevirəm! Siz Mənim üçün çox önəmli və dəyərlisiz. Allah Sizin ailənizi - başda ailə başçınızı başınızın üstündən əskik etməsin! Allah başınızdan o qədər töksün ki,heç yığıb-yığışdıra bilməyəsiz. Pis gözlərdən uzaq,amin!"

BAKU.WS