SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkədə tanış olduğu qıza qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib.

Rayon Polis İdarəsinə bir xanıma qarşı soyğunçuluq edilməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hadisəni törədən 28 yaşlı Anar Ağayev saxlanılıb. O, törətdiyi əməli etiraf edib və soyğunu qisas məqsədi ilə törətdiyini bildirib.

Abşeron polisinin keçirdiyi digər əməliyyatla isə cibgirliklə məşğul olan şəxs saxlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, Sumqayıt şəhər sakini, 48 yaşlı Ədalət Həsənov Novxanı-Xırdalan istiqamətində hərəkətdə olan 535 saylı marşurut avtobuslarında vətəndaşlara qarşı cibgirlik edib. O, tutularaq istintaqa cəlb edilib. Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS