SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib.

R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub. İş adamının cənazəsi ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

BAKU.WS