VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Əfsanə qayıdır" filminin üçüncü tizeri yayımlanıb. 
 

BAKU.WS-in məlumatına görə, komediya filminin Nizami Kino Mərkəzində nümayişi davam etdirilir.  

"Əfsanə qayıdır" filmində baş rolları aktyorlar Fərda Amin, Nicat Rəhimov, əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis,  aktrisa Ülfət Bəşir və başqaları canlandırırlar.  

Filmin rejissoru Emil Abdullayev, ssenari müəllifi isə Fariz Əliyevdir. 

Ssenariyə görə, bacısına cehiz almaq məqsədi ilə paytaxta fəhlə bazarına işləməyə gələn Baloğlan özü ilə gələcək yeznəsi Vəfanı da məcbur gətirir. Fəhlə bazarının əfsanə söhbətlərindən olan “qara cipli xala” nəhayət ki, bir gün gəlir və heç kimin gözləmədiyi halda məhs Baloğlanla Vəfanı aparır. Yeznə və qayını aparan Əfsanənin məqsədi heç də düşünüldüyü kimi deyil. Əfsanə ona xəyanət edən ərinin izlənməsini Baloğlanla Vəfaya tapşırır. Hər şey də bundan sonra başlayır...

BAKU.WS