SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin aparıcısı, müğənni Əli Mirəliyev Fəxri Xiyabanda uyuyan dahi sənətkarların məzarlarını ziyarət edib.


BAKU.WS-in məlumatına görə, Üzeyir Hacıbəyovun, Niyazinin, Bülbülün, Rəşid Behbudovun, Zəlimxan Yaqubun məzarlarına baş çəkən sənətçi müasir musiqimizdən və ifaçılarımızdan giley-güzar edib.

Şövkət Ələkbərovanın məzarı başında Əli Mirəliyev göz yaşları içində bunları deyib:

"Mən həmişə sənə qulaq asmışam. Fikirlərini, iradlarını qəbul etmişəm. Bu gün mən bir söz deyəndə hamı üstümə düşür. Heç kim məni başa düşmür. Hətta mahnı oxuyanda deyirlər ki, "yalasaydıq". Məni ələ salırlar. Şöşi, kömək et mənə. Ümidsizəm. Sənin oxuduğun nəğmələr mənim üçün böyük bir məktəb olub. Sən mənim anamsan, bacımsan, həyatımsan. Sənin musiqilərin, sənin oxuduğun mahnılar məni Əli Mirəliyev edib. Şövkətdən, Gülağadan gəlməyəcək. Sənin oxuduğun mahnılar bunların gözündən gəlsin".

BAKU.WS