SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

BAKU.WS
xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib.

Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb. Bunlar - 1987-ci il təvəllüdlü Musayeva Vüsalə İxtiyar qızı, 1985-ci il təvəllüdlü Babayeva Pərvanə Sakit qızı, 1986-cı il təvəllüdlü Cəfərova Lalə Bayraməli qızı, 1981-ci il təvəllüdlü Tağıyeva Fəxriyyə Şəmsəddin qızı və 1970-ci il təvəllüdlü Rzayeva Nazı Səlim qızıdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS