SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Həmidə Ömərova tanınmış aparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynovu doğum günü münasibəti ilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, Xalq artistinin təbriki izləyicilərini təsirləndirib.

Belə ki, Hacı Nuranla fotosunu paylaşan H. Ömərova onun ünvanına bunları yazıb:

"Bu gün mənim "2-ci oğlum" Hacı Nuranın ad günüdür. Bayaq efirdə deməyə imkanım olmadı. İndi deyim. Bu ayın 31-i cümə axşamına düşdü. Təxminən 15-16 il əvvəl Nuranən anası Nailə xanım (Allah ona qəni-qəni rəhmət eləsin) mənə zəng vurub dedi ki, "Nə olar, Nuranı yola gətirin, evlənsin, ailə həyatı qursun, tyək qalmasın". O vaxtdan hər il mən sənə ailə həyatı qurmağı tövsiyyə edirəm. Qulaq asmırsan. Bu il ad günün cümə axşamına təsadüf etdi və rəhmətliyin o telefon danışığı yadıma düşdü. Nə olar, ailə həyatı qur. Efir, şöhrət heç vaxt ailəni əvəz edə bilməz. Aile həyatı qur ki, rəhmətlik ananın ruhu da şad olsun".

Qeyd edək ki, yanvarın 31-də Hacı Nuran Hüseynovun 42 yaşı tamam olub. 

BAKU.WS