SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Nəqliyyat Agentliyi dayanma-durma ilə bağlı bir sıra mühüm yeniliklər edib.

BAKU.WS-in məlumatına görə, bu barədə DJ Tural Yisifov məlumat paylaşıb.

Onun sözlərinə görə, dayanmaq qadağandır (3.27) nişanının təsir dairəsində sərnişini düşürdüb, mindirmək üçün 1 dəqiqəyə qədər limit tətbiq edilib. Bundan başqa 3.27 nişanı ilə birlikdə əlavə məlumat lövhəsi varsa, orada göstərilmiş qadağan saatından sonra durmağa icazə verilir.

Məsələn lövhədə 7:30-20:00 göstərilibsə, axşam saat 8-dən sonra həmin küçə ilə parallel bir sırada dayanmaq olar. İkinci və ya üçüncü sırada duranlara isə cərimə yazılacaq.

Digər bir yenilik isə ondan ibarətdir ki, 3.27 nişanı artıq bəzi yerlərdə 3.28 - durmaq qağandır nişanı ilə əvəz edilir.

BAKU.WS