SİZİN REKLAM BURADA!
055 213 76 73



Keçən ilin 8 avqustunda İstanbulun Gaziosmanpaşa məhəlləsində qətlə yetirilən Gəncəli Əliyevin qatilini axtaran İstanbul polisi silsilə cinayəti üzə çıxarıb.

BAKU.WS
 sabah qəzetinə istinadən xəbər verir ki, polis həmyerlisini tapança ilə öldürdükdən sonra qaçıb gizlənən 31 yaşlı Sahib M.-nın izinə düşüb və o, uşağını müalicə üçün apardığı Bezimalem Vakıf Üniversiteti Tibb Fakultəsi Xəstəxanasında ələ keçib.

Polislər saxlanılan zaman şübhəlinin yanında olan Turan M. və Rişal H. adlı şəxsləri də nəzarətə alıb. 

Dindirmə zamanı məlum olub ki, 2015-ci il saat 20:30-da Sahib M.-in böyük qardaşı Sultangazidə Natiq G. və atası Yapon G. tərəfindən silahla vurularaq qətlə yetirilib.


2017-ci ildə Sahib M. qardaşının ölümündə təqsirli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada yanındakı iki dostu ilə birgə təşkil etdiyi silahlı hücumda öldürüb.

2018-ci ilin avqustun 8-də Sahib M. bu dəfə də Gəncəli Əliyevi Qaziosmanpaşada silahla qətlə yetirib.

2018-ci ilin avqustun 22-də Qaziosmanpaşada Sahib M.-in qohumu olan Ramil Məmmədov öldürülüb. Hadisəni törədən Asif A. isə saxlanılaraq həbs edilib.

2018-ci ilin 7 oktyabrında Ruhil Ağayev adlı şəxs yenə Sahib M.-in qohumları olan Qasım M. və qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib.

Sahib M. ittihamları qəbul etməyib. Onun barəsində həbs qərarı çıxarılıb. Onunla birgə saxlanılan iki şəxs isə sərbəst buraxılıb.

BAKU.WS