VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xırdalanda pivə çəlləkləri oğurlanıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd pivə çəlləyinin oğurlanması bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS