SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Tünzalə Ağayeva ilbizlərlə dostlaşmağa başlayıb. 

BAKU.WS xəbər verir ki, üz dərisini ilbizlərlə gözələşdirməyə qərar verən ifaçı proseduru əks etdirən görüntüləri "İnstagram"da paylaşıb. Sözügedən videoda müğənninin üzündə, boynunda və sinəsində ilbizlər var.

Ağayeva videoya belə şərh verib: "Nəhayət ki, bu balaca, amma üz dərisi üçün çox faydalı canlılarla dostlaşdım".

Əməkdar artistin paylaşımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər görüntülərdən iyrəndiklərini yazıblar.

BAKU.WS