VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Tahirə Məmmədqızı əməliyyat olmağa hazırlaşır.

BAKU.WS bildirir ki, musavat.com saytına açıqlama verən aparıcı bir neçə gün sonra əməliyyat olacağını bildirib: "Əvvəllər heç bir narahatlığım olmayıb. Qəfil bildim. Onkoloji xəstəlikdən əziyyət çəkirəm, 6-7 şiş var bədənimdə. Analizlər vermişəm, cavablar çıxandan sonra şişlərin bəd, yoxsa xoşxassəli olması bilinəcək. Böyük ehtimalla tezliklə əməliyyat olacağam. Hazırda maddi durumum da əməliyyatlar üçün yetərli deyil. İnşallah, yaxşı olacaq. Hər kəsdən mənim üçün dua etməsini istəyirəm.

Doktor Elman Əzimov "Hər şey daxil" verilişində xəstəliyim barədə eşidib, təmənnasız əməliyyatımı üzərinə götürdü. Sağ olsun, Elman həkim məndən 1 qəpik də istəmir. Ona təşəkkür edirəm. Lakin əməliyyatdan sonrakı proses üçün maddi imkanım yoxdur".

BAKU.WS