SİZİN REKLAM BURADA!
055 213 76 73



“Kurtlar Vadisi” serialındakı Polad Ələmdar rolu ilə məşhur olan Necati Şaşmaz ailə məsələsilə gündəmə gəlib.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmaz ilə boşanmaq qərarına gəliblər.

“Kanal D” telekanalında yayımlanan xəbərdə bildirilib ki, 2012-ci ildə ailə həyatı quran cütlük bu evliliyi davam etdirə bilməyib.

Son zamanlar cütlük arasında yaranmış problemlər getdikcə böyüyüb. Necati Şaşmazın cəhdlərinə baxmayaraq, cütlük ailə birliyini davam etdirə bilməyib. Nəticədə tanınmış aktyor boşanmaq istəyilə bağlı məhkəməyə müraciət edib.

Müraciətə əsasən məhkəmə prosesi başlayıb. İki övlad sahibi olan cütlüyün boşanma prosesi bu səbəbdən bir qədər uzanıb. Lakin həyat yoldaşı ilə anlaşa bilməyən Necati Şaşmaz yenidən məhkəməyə müraciət edib.

Ziya SƏCCAD
BAKU.WS