VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Almaniyada yaşayan 31 yaşlı azərbaycanlı arvadına hücum edib zorladığına görə həbs edilib.


BAKU.WS xəbər verir ki, bu barədə “virtualaz.org” məlumat yayıb.

Verilən məlumata görə, Almaniya KİV-i bununla bağlı yazır: “Qırmızı həbsxana geyimində zəif görünüşlü müttəhim Trir şəhərində məhkəmə zalına aparılır. O, Vittlix türməsinin xəstəxanasının psixiatriya şöbəsində saxlanılır.

Müttəhimin arvadı qucağında körpəsi ilə məhkəməyə gəlib və şahid kimi ifadə verib. 2017-ci ilin may ayının 27-də artıq o vaxt arvadından ayrı yaşayan azərbaycanlı keçmiş birgə mənzillərinə gəlib və arvadını döyərək zorlayıb.

Sonradan məlum olub ki, həmin cinsi əlaqə nəticəsində qadın hamilə qalıb.

2018-ci ilin iyul ayının 6-da müttəhim yenidən mənzilə soxulub və onu yenə zorlamağa çalışıb. Qadının müqavimətini qırmaq üçün o, həyat yoldaşını döyüb və kəsici alətlə xəsarət yetirib”.

Bildirilir ki. müttəhim 1988-ci ildə Bakıda anadan olub. Onun heç tam orta təhsili də yoxdur və daim narkotiklərdən istifadə edir.

“Mən diş texniki olmaq istəyirdim, lakin bu, mənə az görünürdü”, - anadangəlmə bud-çanaq oynağı xəstəliyindən əziyyət çəkən və bu səbəbdən uşaqlığından bəri bir neçə dəfə əməliyyat olunan azərbaycanlı deyir.

Onun valideynləri meyvə-tərəvəz alveri ilə məşğul olublar. Hər ikisi 2006-cı ildə Moskvanın Basman bazarında dam örtüyünün uçulması nəticəsində həlak olub.

On il əvvəl gənc evlənib. “Onu çox sevirdim, lakin sonradan mənə etiraf etdi ki. valideynləri onu başqasına ərə verməsinlər deyə, acığa mənə ərə gəlib”, - müttəhim məhkəmədə bildirib.

“9 və 8 yaşlı uşaqları ilə cütlüyün üç il bundan əvvəl Almaniyaya nə üçün gəldiyi naməlum olaraq qalır, - Almaniya KİV-i yazır. – İndi kişi Bakıya qayıtmaq istəyir, lakin bu mümkün deyil.

O, günahını tamamilə etiraf edib və peşman olduğunu deyir. Bunu və kişinin psixi vəziyyətini, hətta intihara cəhd etdiyini nəzərə alaraq, müttəhimə çox yumşaq cəza verilib – cəmi iki il dörd ay. Çox güman ki, o, cəzasını türmə xəstəxanasının psixiatriya şöbəsində çəkəcək”.

BAKU.WS