SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, Gürcüstanda azərbaycanlıların da olduğu ağır qəza baş verib. Belə ki, təcili tibbi yardımın sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza olub.

Təcili tibbi yardım maşını fəhlələr üçün nəzərdə tutulan kabinəyə çırpılıb. Nəticədə avtomobil səkidə dayanan azərbaycanlı işçiləri vurub. Çavçavadze prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib, 12 nəfər yaralanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, qəzada ağır xəsarət alaraq dünyasını dəyişən azərbaycanlıdır. Bolnisi rayonundan olan 25 yaşlı Babək Həsənov uzun müddətdir ki, qəzanın baş verdiyi ərazidəki tikintidə fəhlə işləyirmiş. Mərhumun üçü azyaşlı övladı var. Ən kiçik övladı bir neçə ay öncə dünyaya gəlib.

BAKU.WS