SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda qızlar maşınlardan birinə zərər vururlar.


Bu barədə paytaxt sakinləri BAKU.WS-ə məlumat veriblər.

Verilən məlumata görə, gecə saatlarında 2 qız avtomobili cızaraq, ona ziyan vurur.

“Qara “Audi” markalı avtomobil mənə məxsusdur. Avtomobilimi gecə saat 4-5 radələrində 2 qadın cızıb”, - deyə maşın sahibi bildirib.

Həmin şəxs iddia edir ki, bu hal artıq ikinci dəfədir baş verir.

Hadisə Hüseyn Cavid prospekti 73 ünvanında yerləşən yeni tikilinin yerləşdiyi qarajda baş verib.

Cavid Babayev
BAKU.WS