SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabaha gözlənilən hava şəraiti açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 09-da bəzi yerlərdə arabir yağış yağacaq.

Gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.

Yanvarın 09-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 09-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin yanvarın 09-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.

Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən əhaliyə hava ilə bağlı xəbərdarlıq edilib.

Xəbərdarlıqda deyilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 09-da arabir güclənən cənub-qərb küləyinin 09-u axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə və səhər arabir şiddətlənəcəyi, yanvarın 09-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Yanvarın 09-10-da qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, yanvarın 09-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

BAKU.WS