VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda enerji içkilərinin qiymətində kəskin artım qeydə alınıb. 

BAKU.WS xəbər verir ki, artıq marketlərdə qiymətlər dəyişdirilir. Hazırda bazarda xüsusi pay sahibi olan "Hell", "Redbull" və "Bizon"un qiymətində kəskin artım müşahidə edilir. 

Bizon 250 ml - 1,70 AZN
Bizon 500 ml - 3 AZN
Hell 250 ml - 2.10 AZN
Hell 500 ml - 3.80 AZN
Jaquar 250 ml - 1.70 AZN
Jaquar 500 ml - 3 AZN
Redbull 250 ml - 3 AZN




Hell Energy şirkət olaraq içkilərinin satış qiymətini 2 manat olaraq müəyyənləşdirib. Bəzi mağazalar isə bu qiymətdən kənara çıxırlar. 

Qeyd edək ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər aksiz vergisinə cəlb edilib. Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, energetik içkilərin hər litrinə 2 manat aksiz vergisi tutulur.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

BAKU.WS