SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 14 qadının çantasından oğurluq etməkdə təqsirləndirilən Oqtay Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mətanət Hacıyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, O.Hüseynov ötən ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 14 qadının çantalarından mobil telefonlarını oğurlayıb.

Daxil olmuş müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov saxlanılıb.

BAKU.WS