SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Hollivudun Xarici Mətbuat Assosiasiyası tərəfindən təsis edilən “Qızıl qlobus” mükafatının təqdim edilməsinin 76-cı mərasimi keçirilib.

BAKU.WS “TASS” agentliyinə istinadən xəbər verir ki, tədbirdə ən yaxşı filmlər və aktyorlar müəyyənləşib.

Onlardan biri də Amerika aktyoru Maykl Duqlasdır. Maykl Duqlas “Kominskinin metodu” serialındakı roluna görə “Qızıl qlobus” mükafatına layiq görülüb. O, mükafatın birinci qalibi seçilib.

Qeyd edək ki, tanınmış Amerika aktyoru və prodüseri Maykl Duqlas 1944-cü il sentyabrın 25-də Nyu-Cersi ştatının Nyu-Bransuik şəhərində, aktyor ailəsində anadan olub. Maykl Duqlasın aktyor kimi ilk işi "San-Fransiskonun küçələri" filmində polis müfəttişi Mayk Stoun obrazı olub.

Bu uğur Maykl Duqlas üçün 9-cu nominasiya və 4-cü qələbə olub.

Ziya SƏCCAD
BAKU.WS