SİZİN REKLAM BURADA!
055 213 76 73



İmişlidə zavoddan çıxan qara tüstü ətrafa yayılır və insanları narahat edir.

Söhbət İmişlinin Çaxırlı kəndindən gedir.

Kadrlar sakinlər tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. Onlar bildirirlər ki, kənd ərazisində fəaliyyət göstərən çınqıl emalı müəssisəsindən çıxan qara tüstü gecə-gündüz ətrafa yayılaraq narahatlıq yaradır.

Qara his isə sakinlərin həyət-bacalarına və içməli su hövzələrinə tökülür. Sakinlər bildiriblər ki, bu problem bir neçə ildir, davam edir.

Məsələ ilə bağlı zavoddan da mövqe öyrənməyə çalışdıq. Lakin həmin yerə getdikdə, zavodun fəaliyyətini dayandırdığı məlum oldu və orada heç kəsi tapa bilmədik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, sözügedən məsələ ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb. Bununla belə məsələ ətraflı araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS