SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda minik avtomobili oğurlanıb.

Axşam avtomobilini yaşadığı binanın həyətində saxlayan şəxs səhər işə gedəndə nəqliyyat vasitəsinin oğurlandığını görüb.

Hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində Qabil Kərimovun başına gəlib.

Zərərçəkmişin sözlərinə görə, bir gün əvvəl ''Vaz-2107'' markalı avtomobilini öz yaşadığı binanın həyətində saxlayaraq evinə qalxıb.

Qabil Kərimov dərhal ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 13-cü polis bölməsinin əməkdaşları gəlib baxış keçiriblər. Qabil Kərimov 2009-cu il istehsalı olan həmin avtomobili bir neçə ay əvvəl 7 min manata aldığını deyir.

13-cü polis bölməsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, faktla bağlı araşdırma aparılır. Ərazidəki bütün obyektlərin təhlükəsizlik kameralarına da baxış keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS