SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
7 yanvar tarixinin qoroskopunu təqdim edir:

Qoç - Ay bürcünüzdə olduğundan yersiz risk etməyin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 17-dən sonra şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Təşəbbüskar özünüz olun.

Buğa - Perspektivlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Sonra başqalarında günah görməmək üçün münasib addım atın.

Əkizlər - İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.

Xərçəng - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Onu da nəzərə alın ki, bu təqvim qazanc üçün çox səmərəlidir.

Şir - Əvvəlki günlərdən fərqli olaraq bu ərəfədə rahatlıq əldə edəcəksiniz. Hər hansı konfliktlə üzləşmə ehtimalınız da yoxdur. Sağlamlıqla bağlı sıxıntılarınız kifayət qədər səngiyəcək.

Qız - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artırmağa şanslı olacaqsınız.

Tərəzi - Yeni ideyalarınızı reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Günün ikinci yarısını sövdələşmələrə həsr edin.

Əqrəb - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.

Oxatan - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra işləriniz qaydasında gedəcək.

Oğlaq - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu tarix deyilən məsələlər üçün önəmli deyil. Amma səfər və səyahətlər üçün uğurlu vaxtdır.

Dolça - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin və imkan daxilində müqəddəs ziyarətgahlarımızdan birinə üz tutun.

Balıqlar - Əsas diqqətinizi fəaliyyət istiqamətinə yönəldin. Qarşılıqlı münasibətlərdə, alış-veriş məsələlərində isə hansısa müvəffəqiyyət gözlənilmir. Axşam bütün risklərdən uzaq olun.

BAKU.WS