SİZİN REKLAM BURADA!
055 213 76 73



Sakinlərdən ov tüfəngləri götürülüb

Sabirabad və Tərtər sakinlərindən ov tüfəngləri götürülüb.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suqovuşan kənd sakini Səxavət Bağırovdan “BUM” markalı ov tüfəngi götürülüb.

Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini Söhrab Rzayevdən “Toz-16” markalı ov tüfəngi götürülüb.

BAKU.WS