SİZİN REKLAM BURADA!
055 213 76 73



“Sahil” stansiyasının eskalatorunda baş verən qəzanın səbəbi məlum olub.

Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, sərnişinlərdən biri eskalatorun təhlükəsizlik fırçasına toxunub.

“Bu stansiyada eskalatorlar yenidir və çox həssasdırlar. Onlara kiçik maneə toxunduqda belə dərhal eskalator dayanır. Sərnişinlərdən biri ayaqqabısını təhlükəsizlik fırçasına toxunduraraq, onları təmizləmək istəyib. Nəticədə eskalator dayanıb”, - deyə B.Məmmədov bildirib.
Qurum rəsmisi bir daha sərnişinlərdən ehtiyatlı olmağı xahiş edib.

***12.44

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, metronun “Sahil” stansiyasında eskalator qəfil dayanıb. Bu zaman stansiyadan çıxan sərnişinlər panika yaşayıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, “Sahil” stansiyasında 3-cü eskalator qəfil dayanıb.

“Dərhal digər eskalator işə salınıb. Araşdırmalardan sonra hadisənin səbəbi məlum olacaq”, - deyə B.Məmmədov bildirib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Ziya SƏCCAD
BAKU.WS