SİZİN REKLAM BURADA!
055 213 76 73



Təxminən 12 il öncə ölkədə bir çox stereotipləri qıran "Qəfəs" realiti şousu bir çox gənclər üçün məşhurlaşmaqda əsl vasitə oldu. Kimisi bu günə kimi də məşhurluğuna məşhurluq qatmaqda davam edir, kimisinin də şöhrəti elə realiti şounun ömrü qədər oldu.

Milli.Az şounun xarakteri və təbii davranışları ilə seçilən ən məşhur üzvlərindən Hicran Bayramova ilə bağlı bir neçə məlumat əldə edib.

Məlum olub ki, Hicran hazırda paytaxtın bir neçə restoranlarında klonluq edərək iki övladını dolandırmaq məcburiyyətindədir.

Araşdırmamız zamanı Hicranın övladlarının da həmin məkanlarda həmyaşıdlarını əyləndirmək məqsədi ilə məşhur cizgi filmi qəhərmanları obrazında səhnə aldıqları məlum olub.

Qeyd edək ki, realiti şoudan sonra ailə quran Hicran həyat yoldaşından ayrılıb. Bir qız, bir oğlan övladı var.

BAKU.WS