SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Zığ dairəsi Hava limanı istiqamətində də sürətlər endirilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

BAKU.WS