SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, eləcə də qurumun dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edilib.

İndiyə qədər İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji”dən ayrılıb.

Qeyd edək ki, T.Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin Mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 

BAKU.WS