SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Dağıntılar altından çıxarılan sonuncu şəxsin cinsiyyəti məlum deyil", — deyə məlumatda bildirilir.

Eyni zamanda daha 4 nəfərin aqibəti əvvəlki kimi qeyri-müəyyən olaraq qalır.



Ölənlərlə vida mərasimi sabah keçiriləcək. Şəhər sakinləri vəfat edənlərin xatirəsini yad etmək üçün dağıntıların yaxınlığında artıq güllərlə dolu güşə də hazırlayıblar.

Məlumat üçün bildirək ki, qəza ötən il dekabrın 31-də Maqnitoqorsk şəhərinin Karl Marks prospektində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb.

Qeyd edək ki, 2017-2018-ci illərdə Rusiya Federasiyasında qaz sızması nəticəsində 44 qəza hadisəsi baş verib.

Hüseyn Məmmədsalahov
BAKU.WS