VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Yalova şəhərində dəhşətli intihar hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində yerləşən oteldə H.Hüseynov adlı şəxs intihar edib. Azərbaycanlı şəxs özünü dördüncü mərtəbədən atıb. H. Hüseynov (30) oteldə biləklərini kəsib. Daha sonra mənzilin balkonuna keçən gənc özünü aşağı atıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım və polis işçiləri cəlb edilib. Yaxınlıqdakı xəstəxanaya aparılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. 
 
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Azərbaycanlı gəncin intiharının görüntüləri də yayılıb. 

Abbas
BAKU.WS