SİZİN REKLAM BURADA!
055 213 76 73



Şair Musa Yaqubun xəstəlikdən sonrakı görüntüləri yayılıb.


BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, şair Parkinson xəstəliyindən əziyyət çəkir.

Musa Yaqub bu xəstəliyindən sonra doğulduğu İsmayıllı rayonuna köçsə də, yenidən Bakıya qayıdıb.

Qeyd edək ki, Musa Yaqub ədəbi fəaliyyətinə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. O, Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib.

Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb.

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

BAKU.WS